“Şamaxı” moldovalı qapıçı ilə müqavilənin müddətini uzatdı

samaxi-moldovali-qapici-ile-muqavilenin-muddetini-uzatdi
Oxunma sayı: 1156

“Şamaxı” klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, klubun İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.

Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.