Şamaxı Rəsədxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

samaxi-resedxanasinda-milli-qurtulus-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 1269

Şamaxı Rayon İcra Hakimiyyətinin və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov qonaqları salamlayaraq Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti barədə məruzə ilə çıxış edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında müasir Azərbaycan tarixinə qızıl hərflərla yazılmış 15 İyun Milli Qurtuluş Gününün müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və digərləri vətənin dar günündə ictimiayyətin, ziyalıların xahişi ilə Bakıya gələn ulu öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışıb, onun hakimiyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Sonda  AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.