Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

samaxi-resedxanasinin-direktoru-isden-cixarildi
Oxunma sayı: 3703


"Qafqazinfo" "Report"-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub. 

Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.