“Şamaxı” “Sabah”a, “Sumqayıt” “Kəpəz”ə qarşı

“Şamaxı” “Sabah”a, “Sumqayıt” “Kəpəz”ə qarşı
Oxunma sayı: 1131

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

“Şamaxı” evdə “Sabah”ı qəbul edəcək. Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı kollektivi “Kəpəz”lə üz-üzə gələcək. 
Azərbaycan Premyer Liqası

VIII tur

2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Səbail”i 2:1, “Zirə” “Turan Tovuz”u 3:1, “Qarabağ” isə evdə “Neftçi”ni 3:1 hesabı ilə üstələyib.