Şamaxı sakini övladlarının gözü qarşısında göldə boğuldu

samaxi-sakini-ovladlarinin-gozu-qarsisinda-golde-boguldu
Oxunma sayı: 3489

Şamaxı rayon sakini göldə boğularaq ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Kərkənc kəndi ərazisindəki göldə baş verib.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu 3 azyaşlı övladı ilə göldən balıq tutarkən ehtiyatsız davranaraq suya düşüb.

Atalarının boğulduğunu görən övladları kəndə qaçaraq insanları köməyə çağırsalar da, X.Ömərovun həyatını xilas etmək mümkün olmayıb.

X.Ömərovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli