Şamaxı yolunda gecə qəzası

samaxi-yolunda-gece-qezasi
Oxunma sayı: 1278


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, qəza zamanı əvvəlcə qəsəbəyə dönmək istəyən Nurəliyev Aydın Seyidağa oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobil qarşıdan əks yolla gələn nəqliyat vasitəsini gözləməyib. Nəticədə “Daewoo” Vəlmyev Rafiq İsmayıl oğlunun idarə etdiyi “Volswagen” markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Bundan sonra isə 'Volswagen”in sürücüsü idarəetməni itirərək dayanacaqda sərnişin düşürən Üzeyir Atakişiyevin sükanı arxasında əyləşdiyi “Naz Lifan” markalı avtomobilə aradan çırpılıb. 

Qəza zamanı xəsarət alan olmasa da hər 3 maşın yararsız vəziyyətə düşüb.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülərin sənədləri götürülüb və onlar izahatlarının alınması üçün idarəyə aparılıb. 

Qəzaya düşən nəqliyyat vasitələri issə cərimə dayanacağına göndərilib. İlkin araşdırmaların yekununan sonra isə hadisənin hansı ürücünün günahı ucbatından baş verməsinə aydınlın gətiriləcək.