“Şamaxı yolu”nda hərəkət məhdudlaşdırılıb

samaxi-yolunda-hereket-mehdudlasdirilib
Oxunma sayı: 3140

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küç. - Alatava istiqamətlərindən istifadə edə bilərlər.