Bu gün səhər saatlarından yağmağa başlayan qar Bakı-Şamaxı-Yevlax yolunda sürücülərin hərəkətinə çətinlik yaradıb.
"Qafqazinfo" xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən sürücülərin işi çətinləşib. Daha çox çətinlik Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yola duz və qum səpilməsi üçün hazırda yol idarəsinin texnikası ərazidə iş aparır.
Rəşad Mikayılov