“Qafqazinfo” xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Şamaxı rayonu ərazisində, Acıdərə yolunda qeydə alınıb.
Üç maşının - 2 “Mercedes” və “Daewoo-Nexia” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzasında iki nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerində iş aparırlar.
Son xəbərlər
Son Xəbərlər