Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı

samaxida-agir-qeza
Oxunma sayı: 3560

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər - Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

İki sürücü və 1991-ci il təvəllüdlü Nemət Feyzullayev adlı sərnişin ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.