Şamaxıda anım mərasimi keçirildi - Fotolar

samaxida-anim-merasimi-kecirildi
Oxunma sayı: 1549

20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib.

Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklərə düzülüb.
 
Daha sonra Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub.
 
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da  20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.