Şamaxıda avtomobil aşdı - Xəsarət alanlar var + Foto + Yenilənib

samaxida-avtomobil-asdi
Oxunma sayı: 3641

Şamaxıda “Nissan” yoldan çıxaraq aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şamaxı-Padarçöl yolunun 40-cı kilometrliyində baş verib.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində biri qadın olmaqla bir kişi xəsarət alıblar.

Qəza yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəsarət alanlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada yaralananların adları məlum olub. Onlar 1976-cı il təvəllüdlü Salyan rayon Qaracalı kənd sakini Ağarzayev Şahin Bayram oğlu və Şirvan rayon sakinidir.

Rəşad Türkoğlu