Şamaxıda avtomobil yanıb kül oldu

samaxida-avtomobil-yanib-kul-oldu
Oxunma sayı: 2871

Şamaxıda minik avtomobili yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Göylər kəndi yaxınlığında baş verib.

Yanğın zamanı 1985-ci il təvəllüdlü Mərdanov İslam Sovqat oğluna məxsus “Vaz 2104” markalı minik avtomobili tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov