Şamaxıda beynəlxalq Yoqa Günü qeyd olundu - Fotolar

samaxida-beynelxalq-yoqa-gunu-qeyd-olundu
Oxunma sayı: 1906

Beynəlxalq Yoqa Gününün qeyd edilməsi çərçivəsində Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Şamaxıda olub.

“Qafqazinfo” xəbər verir ki, həmçinin tanışlıq məqsədilə keçirilən səfər zamanı cənab səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb.

Sridharan Madhusudhanan görüşdən sonra Şamaxı Astrofizika Rəsədxanasında Hindistan Səfirliyi tərəfindən keçirilən yoqa sessiyasının iştirakçılarını salamlayıb.

Tədbirdə 140 yoqa həvəskarı iştirak edib. Yoqa sessiyası Azərbaycan Klassik Yoqa Məktəbinin müəllimi Elçin Quliyev tərəfindən keçirilib.