Şamaxıda da Heydər Əliyevin 98-ci ildönümü qeyd olunub

samaxida-da-heyder-eliyevin-98-ci-ildonumu-qeyd-olunub
Oxunma sayı: 2357

Heydər Əliyevin anadan olmasının  98-ci il dönümü ilə əlaqədar Şamaxı rayonunda  idarə müəssisə və təkilat rəhbərlərinin iştirakı ilə onlayn formatda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Milli Məclisin deputatı Tamam xanım Cəfərova, RIH-nin   əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Ümumilli liderin abidəsi önünə gül dəstələri qoyaraq onu ehtiramla yad ediblər. Tədbirdə  giriş sözü ilə çıxış edən Tahir Məmmədov Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızın bütün regionlarının hərtərəfli diqqət və  qayğı ilə əhatə olunmasında, xalqın rifahının yüksəlməsində və  bütün sahələrin durğunluqdan tərəqqiyə doğru sürətli inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən geniş söhbət açıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tamam xanım Cəfərova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və RİİB-in Dağlıq Şirvan regional bölməsinin rəhbəri Nərgiz Qurbanova bütün həyatını millətinə və vətəninə həsr etmiş Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olduğunu vurğulayıblar.

Eyni zamanda rayon ərazisində ağacəkmə kampaniyası da təşkil olunub, aksiyada 500 -dən çox Eldar şamı aqrotexniki qaydalara uyğun əkilib.