Bu gün Şamaxı rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Sonra tədbirdə Tahir Məmmədov çıxış edərək bu gün sürətlə inkişaf edən ölkəmizdə dövlət idarəetməsi sahəsində görülmüş işlərdən, dövlət qulluqçularının sosial-rifah halının yaxşılaşdırılması sahəsində aparılan islahatlardan geniş bəhs edərək rayonda fəaliyyət göstərən dövlət strukturlarında çalışan bütün dövlət qulluqçularını peşə bayramları günü münasibətilə təbrik edib.
Tədbir çərçivəsində RİH aparatının Hüquq şöbəsinin müdiri Nəsimi Mənəfova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub və rayon icra hakimiyyəti başçısının Qızmeydan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yekaterina Ukleina Azərbaycan Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı alması münasibətilə təltif edilib.





Son xəbərlər
Son Xəbərlər