Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Şamaxı rayonunda qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərləri və kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına parkda Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Tədbirdə RİH başçısı Tahir Məmmədov çıxış edərək Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu vurğulayaraq onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, həmçinin xalqın məhəbbətini qazanan Ümummilli lider kimi daim yaşayacağını bildirib.

Son xəbərlər
Son Xəbərlər