Aprelin 21-i Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.
İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, dualar səsləndirilib.


Son xəbərlər
Son Xəbərlər