Şamaxıda inzibati binada yanğın oldu

samaxida-inzibati-binada-yangin-oldu
Oxunma sayı: 1564

Şamaxıda inzibati binada yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.