Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşdu - Xəsarət alanlar var+Yenilənib

samaxida-mikroavtobus-minik-avtomobili-ile-toqqusdu
Oxunma sayı: 2987

Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford tranzit” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olmadığı bildirilir.

Məlumata görə, mikroavtobusdakı sərnişinlər Şamaxının Mədrəsə qəsəbəsində üzüm bağlarında işləyən qadınlar olub.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Foto: AZƏRTAC