Şamaxıda narkomaniya ilə mübarizə mövzusunda konfrans keçirilib - Fotolar

samaxida-narkomaniya-ile-mubarize-movzusunda-konfrans-kecirilib
Oxunma sayı: 2573

İyunun 8-i Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Şamaxı rayon Mədəniyyət mərkəzində 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun məsul əməkdaşı Vasif Quliyev, Rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Səid Seyidov, Dağlıq Şirvan Regional Təhsil idarəsinin Şamaxı rayonu üzrə sektor müdiri Məsud Babayev, Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, gənclər, tələbələr, məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov bildirib: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Azərbaycan Respublikasında aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır”.

Tədbir çərçivəsində “Ölüm qapıda” qısametrajlı filmi nümayiş olunub.