Şamaxı rayonunun Çarhan və Nüydü kəndlərində vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı rayon prokuroru Müşfiq Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbulda çıxış edən icra başçısı Tahir Məmmədov son illər ölkəmizdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.


Son xəbərlər
Son Xəbərlər