Bu gün Şamaxıda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon rəhbərliyi, yüksək bal toplayan abituriyentlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, Şamaxı rayonu üzrə Təhsil sektorunun müdiri Məsud Babayev, ATİAHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov yüksək nəticə göstərən məzunları və valideynlərini təbrik edib. Onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq, ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərini arzulayıblar.
Tədbirdə gənclərə təşəkkürnamə və hədiyyələr verilib.