“Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Şamaxı rayonu ərazisində Şamaxı-Göylər yolunda qeydə alınıb. Qəza zamanı Şamaxının Quşçu kənd sakini Hacəliyev Camammədin idarə etdiyi 56-BF-290 dövlət nömrə nişanlı NİVA markalı avtomobillə, Şamaxının Hacıqədirli kənd sakini Quliyev Eyvazın idarə etdiyi 10-XP-238 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və yanşı VAZ markalı avtomobildə olan sərnişin Quliyev Eldəniz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata əsasən xəstələrin vəziyəti orta ağır hesab edilir. Ilkin məlumatlara görə qəzanın baş verməsinə səbəb NİVA markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub.
Faktla bağlı Şamaxı rayon polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Son xəbərlər
Son Xəbərlər