Şamaxıda qəzada ölənin və 5 yaralının adı məlum olub - Yenilənib

samaxida-qezada-olenin-ve-5-yaralinin-adi-melum-olub
Oxunma sayı: 4719

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.
 
Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.

***

Bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun “VAZ 2106” markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakinləri-1984-cü il təvəllüdlü Əhmədov Rüfət İsmayıl oğlu, 1988-ci il təvəllüdlü Daşdəmirov Bəşər Nurlan oğlu, 1992-ci il təvəllüdlü Zeynallı Zeynal Elbrus oğlu, 1958-ci il təvəllüdlü Əhmədova Muxsa Sırac qızı, Qax sakini, 2001-ci il təvəllüdlü Kərimova Günel Aftandil qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hadisə zamanı Şəki sakini 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.