50 nəfərlik gizli toy keçirmək istədilər

50-neferlik-gizli-toy-kecirmek-istediler
Oxunma sayı: 2527

Şamaxı rayonunda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunverciliyə uyğun tədbir görülüb.