Şamaxıda traktor alovlandı - Yanğın meşəyə keçdi

samaxida-traktor-alovlandi
Oxunma sayı: 2847

Şamaxıda otbağlayan traktor hərəkətdə olarkən yanmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Məlhəm kəndi yaxınlığında baş verib.

Belə ki, yol ilə hərəkət edən otbağlayan traktor qoşqusu anidən alışıb. Daha sonra isə yanğın yaxınlıqdakı dağlıq-meşəlik əraziyə keçib.

Artıq əraziyə FHN-in yanğın söndürən maşınları cəlb olunub. Qüvvələr yanğının geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

***

Sözügedən yanğın artıq söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

Bununla bağlı görüntüləri təqdim edirik: