Şamaxıda iki mərtəbəli ev yanaraq kül olub.
"Qafqazinfo" xəbər verir ki, hadisə Şamaxının Aşıq Məmmədağa küçəsində baş verib.Şəhər sakini Əhmədov Şirxan Şirməmməd oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın qısa zamanda bütün evi əhatə edib. Ev sahibinin sözlərinə görə üç ailənin yaşadığı evdən əşyaları çıxarmaq mümkün olmayıb. Əraziyə FHN yanğından mühafizə xidməti cəlb edilib, yaxınlıqda olan evlər alovdan mühafizə olunub
Faktla bağlı araşdırma aparılır
Rəşad Türkoğlu