Şamaxıda yanğın- - Ev sahibi yanaraq öldü

samaxida-yangin-
Oxunma sayı: 1382


"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.