Şamaxıda yol çökdü - Fotolar

samaxida-yol-cokdu
Oxunma sayı: 3236

Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ərazidə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Həmin əraziyə çatmamış yolda sürüşmə olub və qarşısı alınıb.

"Hadisə yolun bir hissəsində baş verdiyi üçün avtomobillərin hərəkəti məhdudlaşmayıb. Avtomobilər yolun ikinci hissəsində normal hərəkət edir. Martın birində yolda bərpa işləri başlanacaq", - deyə Anar Nəcəfli bildirib.

Fotolar: APA