Şamaxıda yük maşını aşdı - Ölən var+Fotolar

Şamaxıda yük maşını aşdı
Oxunma sayı: 1893

Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şamaxıdan Padarçöl istiqamətində hərəkət edən “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın bir neçə dəfə yuvarlanıb.

Qəza zamanı Sumqayıt şəhər sakini olan 1964-cü il təvəllüdlü sürücü Məmmədov Mürsəl Sərdar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi