Şamaxıda zəlzələ

samaxida-zelzele
Oxunma sayı: 1304

Şamaxı rayonunda zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ans press-ə verilən məlumata görə, yeraltı təkanlar martın 24-ü yerli vaxtla saat 18:07-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,1, dərinliyi 5 km olub.

Təkanlar Qobustan stansiyasından 35 km cənubda Şamaxı ərazisində olsa da hiss edilməyib.

Bu, mart ayında qeydə alınan ilk təkandır. Fevral ayında iki zəlzələ baş verib. Təkanlar Xəzər dənizi və Cəlilabadda baş verib.