Şamaxıda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı icra başçısı Tahir Məmmədov, İsmayıllı icra başçısı Mirdaməd Sadıqov, Ağsu icra başçısı Ənvər Seyidəliyevin iştirakı ilə 5-6 fevralda Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirilib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı bugünədək görülmüş işlərin müzakirə edilməsi olub.
Müşavirədə FHN, “Azərenerji”, “Azərişıq” və “Azərsu”nun məsul şəxsləri də iştirak edib.
Çıxış edən K.Heydərov bildirib ki, görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır. Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. O, yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb.
K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır.
Nazir tikinti işlərinin sentyabra kimi yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
İcra başçıları da çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar
Son xəbərlər
Son Xəbərlər