Şamaxıdan deputatlığa namizəd haqqında deyilənlər

samaxidan-deputatliga-namized-haqqinda-deyilenler
Oxunma sayı: 13242

Respublikanın tanınmış ziyalıları, elm adamları, həkimlər, vəkillər 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Əsgərov Natiq Fərhad oğluna dəstək verərək, Şamaxı seçicilərini ona səs verməyə çağırıb. 

"Qafqazinfo" həmin çağırışları təqdim edir:

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova:

"Natiq Əsgərovun Şamaxıdan deputatlığa namizəd olması dövlət, millət adına çox sevindirici haldır. Onun barəsində ancaq ən gözəl, yüksək fikirlər deyilə bilər. O, həm, elm adamı, həm vəkil, həm də insan kimi çox etibarlı, savadlı, obyektiv, ləyaqətli, öz dövlətinə, xalqına sədaqətli, vicdanlı bir insandır. Ona olan inamı, güvəni indiyə qədər heç vaxt yanıltmayıb və bundan sonra da yanıltmayacağına əminəm. Kaş ki belə savadlı, ləyaqətli, vətənini, dövlətini sevən gənclərimiz deputat seçilsin. Şamaxı seçilcilərinin də belə bir layiqli insana səs verəcəyinə inanıram".

Bakı Dövlət Universitetinin “Beynəlxalq ümumi hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov:

"Natiq Əsgərov Türkiyədə təhsil alıb. O, ağıllı, savadlı, qabiliyyətli, dövlətin, millətin xeyrinə çalışan deputat olmağa layiq insandır. O, ölkəmizi beynəlxalq aləmdə layiqli şəkildə təmsil etmək qabiliyyətinə malikdir. Belə gənclərin deputat seçilməsi dövlətimizə, xalqımıza yalnız uğur gətirər. Şamaxılılar onunla fəxr edə bilərlər. Şamaxı seçicilərinin Natiq Əsgərova səs verməsini arzulayıram".

Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov:

"Natiq Əsgərov bizim kafedranın çox hörmətli, dəyərli, sevilən müəllimidir. O, həm şəxsi insani keyfiyyətləri, həm də elmi-araşdırma fəaliyyəti ilə yüksək pillədə dayanır. O, savadı, obyektivliyi, ədalətli olması ilə tələbələrin, professor və müəllim heyətinin böyük hörmətini qazanmışdır. Mən bir Şamaxılı olaraq onunla fəxr edirəm, Şamaxının layiqli namizədi kimi dəstəkləyirəm və Şamaxı seçicilərini  Natiq müəllimə səs verməyə səsləyirəm".

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış vəkil Muxtar Mustafayev:

"Milli Məclisdə hüquq elmini dərindən bilən və vəkillik fəaliyyəti ilə məşğul olan yeni nəsil hüquqşünasların olması çox vacibdir. Natiq Əsgərov xaricdə təhsil almış, yüksək səviyyəli pedaqoq olmaqla yanaşı həm də nüfuzlu, təcrübəli və peşəkar vəkildir. Belə şəxsin deputat olması dövlətimizin, millətimizin yararınadır. İnanırıq ki, o, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli qanunların qəbul edilməsinə öz töhfəsini verə bilər. Bu yolda ona uğurlar arzulayırıq və ümid edirik ki, şamaxılılar Natiq Əsgərova səs verəcək".

Dünya səviyyəli genetik, Türkiyənin Ege Üniversitetində "Kök Hüceyrəsi" kafedrasının qurucusu, tibb elmləri doktoru, professor Afiq Bərdəli:

"Natiq Əsgərovu Türkiyə Respublikasında təhsil aldığı dönəmdən tanıyıram. Hamı onun dövlətin və xalqın təəssübkeşi, müdafiəçisi olduğunu çox yaxşı bilir. O, Türkiyədə keçirilən tədbirlərdə hər zaman dövlətin maraqlarını, mövqeyini yüksək şəkildə müdafiə etmişdir. Hesab edirəm ki, Milli Məclisdə belə savadlı, bacarıqlı gənc hüquqşünasın yer alması dövlətin, xalqın mənafeyinə xidmət edər. Ona görə də hamını Natiq Əsgərova səs verməyə çağırıram".

RMDM-in Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, uzman uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan:

"Natiq Əsgərovu Türkiyədə təhsil aldığımız dövrdə tanımışam. Natiq Əsgərov kimi dəyərli şəxsiyyətin deputatlığa namizəd olduğunu eşidəndə çox sevindim, qürurlandım. Onu yaxşı tanıdığımdan deyə bilərəm ki, Şamaxını parlamentdə onun kimi şəxsin təmsil etməsi Şamaxılılara yalnız başucalığı gətirər. Siz də səsinizin eşidilməyini istəyirsinizsə ona səs verin, onunla fəxr edin".

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri, ümumi-cərrahiyə uzmanı Elmir Əsgərov:

"Natiq Əsgərov Türkiyədə təhsil alarkən Azərbaycanı ləyaqətlə təmsil edən, insanların problemlərinin həllinə candan çalışan, cəsarətli, mərd gənc kimi həm Azərbaycanlı, həm də digər ölkələrdən olan öyrəncilər arasında xüsusi hörmətə malik idi. O, beynəlxalq tədbirlərdə məntiqli, dərin elmi məruzələri ilə bizi qürurlandırırdı. Dostluğa layiq bu insan hər bir seçicisinin dostu olmağa qadirdir. Hesab edirəm ki, Şamaxını Milli Məclisdə məhz belə insanlar təmsil etməlidir".

Tanınmış uzman cərrah, ortoped-travmotoloq Vüsal Mahmudov:

"Natiq Əsgərov həm şəxsiyyət kimi, həm peşəkar hüquqşünas kimi hamının çox güvəndiyi, dəyər verdiyi savadlı, yüksək səviyyəli bir insandır. Biz Türkiyədə ayrı-ayrı sahələrdə təhsil alsaq da davamlı bir yerdə olurduq. O, dövlətini, millətini, vətənini çox sevərək xarici ölkələrdə daim onun maraqlarına xidmət etmişdir. İnanırıq ki, Azərbaycan belə yüksək savadlı, qabiliyyətli vətəndaşları ilə yüksələcəkdir. Şamaxı seçiciləri belə deputatlığa namizədləri olduğu üçün çox şanslıdır. Bütün Şamaxı seçicilərini bu şansı dəyərləndirib, Natiq Əsgərova səs verməyə çağırıram".

Tanınmış cərrah, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Ədalət Həmidov:

"Şamaxı rayonundan deputatlığa namizəd  Əsgərov Natiq Fərhad oğlu dərindən tanıdığım və rəğbət bəslədiyim bir nəslin layiqli nümayəndəsidir. O, qədim Şamaxının millət vəkili olmağa ən layiqli namizəddir və ona səs vermək hər birimizin şərəfli borcudur. Ona görə də bütün Şamaxı seçicilərinə üzümü tutub deyirəm ki, tanıdığınız layiqli namizədi seçin, əziz şamaxılılar".

Şamaxı rayonunun tanınmış ağsaqqal ziyalısı Baba Nəsirov:

"Natiq Əsgərovu çox yaxşı tanıyıram. Orta məktəbdə oxuyarkən öz parlaq zəkası ilə fərqlənirdi və gələcəkdə  onun işıqlı adam olacağı ona dərs deyən bütün müəllimlərə məlum idi. Vətənini, millətini, dövlətini sevən savadlı, bacarıqlı bir gənc kimi Şamaxını və Respublikanı Milli Məclisdə və beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edəcəyinə tam əminəm. Ona görə də bütün Şamaxı seçicilərini Əsgərov Natiq Fərhad oğluna səs verməyə çağırıram".

Şamaxı rayonunun tanınmış ziyalısı Böyükağa İsrafilov:

"Natiq Əsgərovu yaxşı tanıdığım üçün ona böyük ümid bəsləyərək, onun millət vəkili kimi şərəfli adı ləyaqətlə daşıyacağına, dövlətimizə və xalqımıza sədaqətlə və ləyaqətlə xidmət göstərəcəyinə tam əminəm. Ona görə də bütün Şamaxı əhalisini ona səs verməyə çağırır və ona uğurlar diləyirəm".

Şamaxı rayonunun tanınmış ziyalısı İslam Baxşıyev:

"Natiq müəllim Şamaxıda tanınmış nüfuzlu, hörmətli ailədəndir. Mən onun özünün həyat yoluna baxanda qürur hissi keçirirəm ki, Natiq müəllim təkcə bir nəslin yox bütün şamaxılıların layiqli övladı olmaq adını qazanıb. Nəinki şamaxılılar, bütün Azərbaycan belə gənc hüquqşünas alimi ilə fəxr edə bilər. Mən bütün Şamaxı seçicilərini Natiq Əsgərova səs verməyə çağırıram".

Şamaxı rayonunun tanınmış kimya-biologiya müəlliməsi Rəna Əliyeva:

"Natiq Əsgərov yaxşı tanıdığım savadlı, qabiliyyətli, mərd bir gəncdir. O, Şamaxıda orta məktəbdə oxuduğu dövrdə bütün müəllimlərin hörmətini qazanıb, sonrakı illərdə də yaxşı sorağını almışıq. Öz elmi, fəaliyyəti ilə Şamaxının adını uca tutub. Şamaxının deputatı olmağa ən layiqli namizəddir. Ona görə də bütün Şamaxı seçicilərini Natiq Əsgərova səs verməyə çağırıram".

Şamaxı rayonunun tanınmış idmançısı Qadir Talıbov:

"Mən Şamaxı idmançıları adından deyə bilərəm ki, biz, Natiq müəllim kimi dəyərli, ziyalı bir yerlimizin olması ilə fəxr edirik. Biz, əsl şamaxılı, əsl türk kimi həmişə onun yanındayıq. Onun deputat seçilməyi nəinki Şamaxıya, bütün respublikamıza xeyirli-uğurlu olacağına əminik. Bütün Şamaxı camaatını Natiq Əsgərova səs verməyə çağırıram".