Bu gün Birinci Liqanın 26-cı turu çərçivəsində bu tura qədər lider olan “Qaradağ-Lökbatan” ikinci pillədə qərarlaşmış “Şamaxı”nı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu “Şamaxı” hesab 1:2 geri düşsə də, sonradan geridönüş etməyi bacarıb və 3:2 hesablı qələbə qazanıb.
Bununla da bölgə təmsilçisi liderliyə yüksəlib. Son turda onlar “Araz Saatlı”nı məğlub edərsə, növbəti mövsüm yenidən Premyer Liqada çıxış edəcəklər.
Son xəbərlər
Son Xəbərlər