Şamaxının kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir - Fotolar

samaxinin-kend-ve-qesebelerinde-elektrik-sebekesi-yenilenir
Oxunma sayı: 1469

Fevralın 21-də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova rayonun Mədrəsə qəsəbəsi və Kərkənc kəndlərində sakinlərlə görüşüb, aparılan abadlıq və quruculuq işlərilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, son dövrlər Şamaxı rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində, rayonun elektrik şəbəkəsi və qaz təchizatı müasir standartlara uyğun yenilənir. Bu istiqamətdə Mədrəsə qəsəbəsi və Kərkənc kəndində də elektrik şəbəkəsi müasir standartlara cavab verən yeni texnologiyalar əsasında yenidən qurulur.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı görülən işlərlə yerində tanış olub və işlərin gedişatı barədə onlara məlumat verilib.