Şamaxının “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

samaxinin-turk-dunyasinin-turizm-paytaxti-secilmesi-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 1244

Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu əlamətdar hadisə ilə bağlı mayın 25-də turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açıb. Natiq çıxışında son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrin inkişaf etdiyini bildirib.

Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edlib.