“Şamaxının UNESCO-nun Mədəni İrs Siyahısına salınması təklif olunacaq”

samaxinin-unesco-nun-medeni-irs-siyahisina-salinmasi-teklif-olunacaq
Oxunma sayı: 1664

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk Azərbaycan Dili və Ədəbiyyatı Forumu başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Şamaxıda keçirilən tədbiri giriş sözü ilə mədəniyyət naziri Adil Kərimli açıb.

Nazir çıxışında bildirib ki, Forumun açılışının məhz Şamaxıda olması təsadüfü sayılmamalıdır: “Şamaxının gələcəkdə ədiblər yurdu kimi UNESCO-nun Mədəni İrs Siyahısına salınması təklif olunacaq”.

Adil Kərimlinin sözlərinə görə, I vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə Heydər Əliyev Fondu Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, tərcümə olunması istiqamətində böyük işlər görüb və görülməkdədir.

Hüseyn Məmmədsalahov