“Şamaxinka”da qazıntı

samaxinkada-qazinti
Oxunma sayı: 1667

Bu gün səhər saat 10.00-dan etibarən Bakı-Sumqayıt yolunun, “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, əraziyə texnika və işçi heyət cəlb olunub.

Qeyd edək ki, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.