Gecə saatlarından Şamaxıya yağmağa başlayan qar sürücülərə çətinlik yaradıb.
“Qafqazinfo” xəbər verir ki, qarın yağması,yolun buz bağlaması və duman olması Şamaxı-Piriqulu yolunda gediş gəlişi çətinləşdirib.Əraziyə yol idarəsi tərəfindən qum və duz səpilib.Avtomobillərin hərəkəti bərpa edilib.
Hazırda sözügedən ərazidə qarın yağması davam edir.Gecə saatlarında yolun buz bağlaması qaçılmazdır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər