“Qafqazinfo” xəbər verir ki, o, rusiyalı Anna Xaritonova ilə qarşılaşır.
***
İdmançımız 0:5 hesabı ilə məğlub oldu və gümüş medala yiyələndi.
***
Sambo təmsilçimiz Şəhanə Hüseynova bürünc medal üçün yarışır.
O, belaruslu Prakapenka Katsiarina ilə üz-üzədir.
***
Şəhanə məğlub olaraq bürünc şansını da əldən verir.
***
74 kq çəki dərəcəsində Amil Qasımov final görüşünə çıxır. O, belaruslu Stepan Popovla qarşılaşır.
Amil də rəqibə uduzaraq qızıl medalı əldən verib. O, gümüş medala yiyələnir.
***
90 kq çəki dərəcəsində Kənan Qasımov gürcüstanlı Davit Karbelaşvili ilə qarşılaşır.
Kənan oyunu 1:1 hesabı ilə bərabər bitirib. Hakimlər qələbəni gürcü idmançıya veriblər. Bununla da idmançımız bürünc medalı da əldən verib.
***
68 kq çəki dərəcəsində Nərminə Əlizadə bürünc medal üçün fransalı Selin Konde ilə qarşılaşır. Nərminə də medal uğrunda mübarizəni dayandırdı.
***
100 kq çəki dərəcəsində Vasif Səfərbəyov final görüşünə çıxır. O, rusiyalı Artyom Osipenko ilə görüşəcək.
***
Vasif 0:8 hesabı ilə uduzuraq qızıl medalı əldən verdi.
Son xəbərlər
Son Xəbərlər