Samboçumuz bürünc medal üçün yarışacaq

sambocumuz-burunc-medal-ucun-yarisacaq
Oxunma sayı: 808

Minskdə keçirilən ikinci Avropa Oyunlarında samboçularımızı mübarizəyə start verib.

“Qafqazinfo” xəbər verir ki, yarışa dörddəbir final mərhələsindən başlayan Emil Həsənov (68 kq) Rumıniya idmançısı Laszlo-Zsolt Szokeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə onun rəqibi Gürcüstan idmançısı Mindia Liluaşvili olacaq.

Komandamızın digər üzvləri Mehman Xəlilov (57 kq) Belarus təmsilçisi Vladislav Burdsa, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Besarioni Berulavaya uduzublar. C.Hüseynov təsəlliverici qarşılaşmada italiyalı Alessio Mikeli ilə görüşəcək. M.Xəlilov isə Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) qarşılaşmasının qalibi ilə üçüncü yer uğrunda üz-üzə gələcək.