Şamda 3 partlayış - 9 ölü, 15 yaralı + Yenilənib

samda-3-partlayis
Oxunma sayı: 823

Suriyanın paytaxtı Şamda ardıcıl 3 partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Suriya dövlət kanalı yayıb.

Məlumata görə, Təhrir meydanında kamikadze özünü partladıb.

Şəhərin qərb hissəsində isə bomba ilə yüklənmiş avtomobil partladılıb. Bunlardan başqa bir partlayış daha törədilib.

3 terakt nəticəsində çoxlu sayda ölü və yaralı olsa da, hələlik dəqiq rəqəm açıqlanmayıb.

***

Suriya İnsan Hüquqları Komissiyasının direktoru Rami Abdel Rahman bildirib ki, Təhrir meydanındakı teraktda aralarında əsgərlərin də olduğu 9 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daha iki partlayışın qarşısı isə alınıb. Polislər iki terrorçunu öldürüb.