Sami Naseri Moskvada döyüldü, əməliyyata alındı

sami-naseri-moskvada-doyuldu-emeliyyata-alindi
Oxunma sayı: 8349

Fransalı aktyor Sami Naseri Moskvada döyülüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, gecə saat iki radələrində qardaşı ilə barda dincələn aktyorla naməlum şəxs arasında münaqişə yaranıb. Nəticədə bardakı kişi Naserinin üzünə bir neçə yumruq zərbəsi endirib. 

İlkin versiyaya görə, belaruslu dəstə aktyora çox səs-küy salmaması ilə bağlı xəbərdarlıq edib. Naserinin təhqiramiz cavabından sonra aralarında dava başlayıb. 

Fransalı aktyor hadisənin səhərisi xəstəxanaya müraciət edib. Naseri bu gün əməliyyat olunub.