Sami Naserini döyənlər saxlanıldı

sami-naserini-doyenler-saxlanildi
Oxunma sayı: 5831

Moskva polisi ötən gün barların birində fransız aktyor Sami Naserini döyməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Bildirilir ki, hazırda saxlanılan şəxslər barədə cinayət işi açılıb.

Qeyd edək ki, Sami Naseri Moskvada barda qardaşı ilə əylənərkən naməlum şəxslər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən “Taksi” filminin ulduzu əməliyyat edilib. Naseri hazırda Rusiyanın Səhiyyə Nazirliyinin nəzarətindədir.