Samir Abasov qələbə ilə başladı

Samir Abasov qələbə ilə başladı
Oxunma sayı: 1129

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu görüş qonaqların baş məşqçisi Samir Abasovun postunda debütü ilə əlamətdar olub. Qarşılaşma bakılıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” bu dəqiqələrdə öz meydanında “Keşlə”ni qəbul edir.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
10-cu tur
22 noyabr

“Qəbələ” – “Neftçi” 1:4
Qol: Y.Nəbiyev, 60 – A.Krivotsyuk, 38; 51. N.Ələsgərov, 57. P.İbara, 90+3.