Milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edən klublarımız yoxlama görüşü keçiriblər.
“Qafqazinfo” xəbərverir ki, “Zirə” “Qəbələ” ilə matçda 2:0 hesablı qələbə qazanıb.
Oyun uğurlu debütlərlə yadda qalıb. Belə ki, “Zirə”nin yeni baş məşqçisi Samir Abasov ilk matçında qalib gəlib. Yeni transfer Adrian Skarlatake isə ilk görüşündə qol vura bilib.
“Sumqayıt” isə MOİK-lə üz-üzə gəlib. Nazim Süleymanovun yetirmələri 5:0 hesablı qələbə qazanıb.
“Qəbələ” - “Zirə” - 0:2
Qollar: Adrian Skarlatake, 31, Vüsal İsgəndərli, 40
“Sumqayıt” - MOİK - 5:0
Qollar: Əfran İsmayılov (2), Atilla Yıldırım, Arif Daşdəmirov, Murad Xaçayev.
Son xəbərlər
Son Xəbərlər