Uzun müddətdir şou-biznesdən uzaqlaşan müğənni Samir Bağırov sosial şəbəkədə yeni qalmaqala imza atıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi Səmra Rəhimlinin postuna müzakirələrə səbəb olacaq şərh yazıb.
Bağırov bildirib ki, “Diva” titulunun yeni sahibi bir müddət sonra Səmra olacaq: “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq”. O, bununla da gənc müğənninin indiyədək “Diva” titulunu əlində saxlayan xalq artisti Aygün Kazımovanın yerinə keçəcəyini etiraf etmiş olub.
Rəhimli isə Samirin sözügedən fikrinə “Bunu sizdən eşitmək xoşdur. Bu, mənim üçün böyük şərəfdir, sizi sevirəm”- rəyini yazaraq reaksiya verib.
Son xəbərlər
Son Xəbərlər