Samir Bağırov Rəqsanə ilə layihə hazırlayır

samir-bagirov-reqsane-ile-layihe-hazirlayir
Oxunma sayı: 2449


“Qafqazinfo”nun məlumatına görə, müğənni həmkarı Rəqsanə İsmayılova ilə yeni işbirliyinə başladığını açıqlayıb:

“Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə  görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram”.

Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib: 

“Samirlə  bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Sürpriz olsun, inşallah yeni mövsümdə  tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı bir proyekt hazırlayırıq. Səbr edin, tezliklə özünüz şahid olacaqsınız”.

Könül