Müğənni Samira Allahverdi İslam Oyunları üçün mahnı oxuyub.
“Qafqazinfo” xəbər verir ki, “Günəşə doğru” adlanan əsərin bəstəsi əməkdar artist Tünzalə Ağayevaya, sözləri Sevinc Şirinə məxsusdur.
Müğənni bu işdə əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib və idmançılara uğur arzulayıb:
“Söz verdiyim kimi, İslam Oyunları üçün hazırladığım “Günəşə doğru” adlı mahnımı təqdim edirəm. Bu işdə mənə kömək olan hər kəsə təşəkkürümü bildirirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Son xəbərlər
Son Xəbərlər